Müstəqil Azərbycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da iri, genişmiqyaslı islahatlara yüksək dəyər verilir. Bütün sahələrdə olduğu kimi özəl sektora da Muxtar Respublika Rəhbərliyi tərəfindən geniş imkanlar yaradılır.

Nəqşicahan Holdinq Şirkətlər Qrupu MMc-nin kənd təsərrüfatı ilə bağlı 114 hektar əkinə yararlı torpaq sahəsi vardır ki, həmin əkinə yararlı sahələrdə 3 hektar sahədə ərik bağı salınmış, Culfa Karbon qazı zavodunun ərazisində 12 hektar sahədə üzüm bağı salınmış, 39 hektar ərazidə isə çox illik yonca bitkisi əkilmişdir. Əkinə yararlı ərazilərdə bol məhsul əldə etmək məqsədi ilə lazımi işlərin görülməsi davam etdirilir. Sahələr üçün təhkim olunmuş işçilər tərəfindən həmin ərazilərə diqqət və qayğı göstərilir.