Batabat İstirahət Mərkəzi Şahbuz rayonunun Batabat yaylağında yerləşir. İstirahət Mərkəzində 7 ədəd kottec, restoran, uşaqlar üçün əyləncəli oyun sahəsi, voleybol meydançası, meşənin içərisində çardaqlar və fərdi otaqlar mövcuddur. İstirahət Mərkəzinin inzibati binasının 2-ci mətəbəsində müxtəlif toy, nişan və başqa tədbirlərin keçirilməsi üçün ümumi tutumu 100 nəfər olan böyük zal var. Restoranda milli mətbəxin seçmələri, öz təbiiliyi ilə seçilən təndir və ocaq təamları təklif edilir. 2, 4, 5 nəfərlik tutumu olan 7 ailəvi kottec təbiət qoynunda dincəlmək istəyənlər üçün ideal seçimdir. 
Image
Image
Image
Image