Image
Naxçıvanın ilk steyk restoranı olan Bullet Steak House 2018-ci il dekabrdan etibarən fəaliyyət göstərir. Göz oxşayan interyerə malik restoran Görüş Yeri Kafesinin 1-ci mərtəbəsində yerləşir.

Bullet Steak House 44 nəfərlik zal, 20 nəfərlik zal, 2 ədəd 24 nəfərlik zal, 8 nəfərlik kabinet və 1 ədəd 16 nəfərlik VİP zaldan ibarətdir. Restoranın ümumi tutumu 136 nəfərdir. Restoran, qonaqlara steyklərlə yanaşı, dünya mətbəxindən xüsusi yeməklər, manqal yeməkləri, yeni soba ləzzətləri təqdim etməkdədir. 

Restoranda istəyə görə ad günləri, xüsusi yığıncaqlar, uşaqlar üçün şənliklər və tədbirlər təşkil etmək mümkündür. Bullet Steak House'un əsas missiyası müştərilərinin hər cür ehtiyac və istəklərinə cavab verə bilmək və prinsip olaraq seçdiyi keyfiyyət standartlarına müasir texnikadan istifadə edərək nail olmaqdır. Restoranın çatdırılma və özünlə apar xidmətləri də var.  
Image
Image
Image
Image