Rezervasiya
Ana səhifəHaqqımızdaMenyuMəkanlarımızQalereyaƏlaqə Zəng et: 060 266 77 77
Ana səhifə  /  Haqqımızda

Haqqımızda

Naxçıvanın qonaqpərvərliyini, milli mətbəxin dadını və ailə süfrəsinin istiliyini bir məkanda birləşdiririk.

Bizim hekayəmiz

Süfrə arxasında keçən hər an dəyərlidir.

Nəqşicahan Şəkərabad körpüsünün yanında, yaşıllıqlar içində yerləşən ailəvi restorandır. Burada məqsədimiz sadədir: qonaqlarımızın özünü evdəki kimi rahat hiss etdiyi, ləzzətli və keyfiyyətli təamlarla dolu bir süfrə qurmaq.

Menyumuzda milli mətbəximizin sevilən təamları — közdə kabablar, təndir yeməkləri, aşlar, sac və qovurmalar — ilə yanaşı Avropa mətbəxinin seçmə yeməkləri də yer alır. Hər yemək təbii məhsullardan, peşəkar şeflərimizin nəzarəti altında hazırlanır.

Restoranın həyəti Közdə bişən təam Çay süfrəsi
10+illik təcrübə
240+təam və içki menyuda
3fərqli məkan
100%təbii məhsullar

Bizi fərqləndirən.

01

Təbii və orqanik məhsullar

Mətbəximizdə hazırlanan bütün təamların tərkibi təbii məhsullardan ibarətdir — ət, tərəvəz və ədviyyatlar diqqətlə seçilir.

02

Peşəkar şef heyəti

Təcrübəli şef və kababçılarımız milli reseptlərin dadını qoruyur, hər boşqabı eyni diqqətlə hazırlayır.

03

Qonaqpərvər xidmət

Ailə məclisindən iş görüşünə qədər — hər qonağımıza yüksək səviyyəli, səmimi xidmət göstəririk.

Mətbəximizin ustaları.

Siz istəyin, biz bişirək — arzuladığınız dadları reallığa çeviririk.

Əli Kazımov

Əli Kazımov

Şef kababçı

Turqut İsmayıllı

Turqut İsmayıllı

Şef köməkçisi

Tural Əsgərov

Tural Əsgərov

Kababçı köməkçisi

Sizi süfrəmizdə
gözləyirik.

Ailəvi restoran, kupelər və PrestiJ Pub — hər görüş üçün uyğun məkan. Masanızı əvvəlcədən ayırın.