
"English Pub" Naxçıvanda yaradılmış yerli brenddir. İngilis mədəniyyətinin ən vacib hissələrindən biri olan pub, Public House yəni İctimai Ev sözlərinin qısaltmasından yaranmışdır. Əsasən insanların rahat və səmimi atmosferdə, boş vaxtlarını keçirdikləri, dincəldikləri və birlikdə toplandıqları, doyumlu yemək və hər növ spirtli içki içə bildikləri yerdir. Həmçinin, ənənəvi ingilis idman oyunları və ingilis musiqiləri ilə Anqlo-Sakson mədəniyyətini xarakterizə edir.



