Hotel haqqında
Təbriz Hotel
Hotel Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşir. 13 mərtəbəlidir, 5 ulduz kateqoriyası almışdır. 89 nömrəsi vardır. 100 nəfər qonaq qəbul edə bilər. Bunlardan biri apartament, 22-si süit, 20-si kiçik süit, 46-sı standart nömrələrdir. Hotelin zirzəmi hissəsində yerləşən "SPA və Fitness" mərkəzində trenajor və aerobika zalları, hovuz, sauna, türk hamamı və masaj kabinələri fəaliyyət göstərir. Hotelin 13-cü mərtəbəsində 80 nəfərlik banket zalı, 2-ci mərtəbədə 450 nəfərlik konfrans zalı və 60 nəfərlik kafe-bar fəaliyyət göstərir.