Hotel haqqında
Saat Meydanı Hotel
Klassik və milli memarlıq üslubunda inşa olunmuş Saat Meydanı İstirahət Kompleksi 2 mərtəbəli binadan, 21 metrlik saat qülləsindən və meydandan ibarətdir. 2 girişi olan binanın 2-ci mərtəbəsi hoteldən ibarətdir. Hoteldə 43 standart, 4 suit və 1 "VIP" olmaqla 48 otaq vardır. Birinci mərtəbədə 4 restoran, 2 kafe, uşaq əyləncə bölməsi, gənclər üçün virtual reallıq (VR) oyun zalı, 4 zaldan ibarət 125 yerlik kinoteatr (CinemaPlus) yerləşir. Burada siz dünya qastronomiyasının müxtəlif təamlarını eyni zamanda dada bilərsiniz.