Duzdağ HotelDuzdağ MağaraSpa və SağlamlıqRestoran və Barİdman Zalı
Hotel haqqında
Duzdağ Hotel
“Duzdağ” 5-ulduzlu kurort kompleksi sizə rahat otaqlar, ləziz və sağlam mətbəx, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr təklif edir. Hotelimiz Naxçıvan Beynəlxalq Hava Limanına 18km, Duzdağ Fizioterapiya Mərkəzinə isə 2km məsafədə yerləşir. 2008-ci ildən fəaliyyətə başlayan "Duzdağ" hotel 100 standart, 35 kiçik suit, 8suit, 1kral dairəsi olmaqla 144 otaq və 7 villa ilə xidmətinizdədir. Duzdağ mağarasında bronxial astma xəstəliyi və allergiyadan müalicə alan insanlar daha rahat müalicə proseslərini həyata keçirmək üçün Duzdağ Hoteli seçirlər.
Duzdağ Mağarası haqqında
Duzdağ Fizioterapiya Mərkəzi
Ötən əsrin ikinci yarısının əvəllərindən dünya təbabət elminə bronxial astmalı xəstələrin karst mağaralarında, duz şaxtalarında müalicəsinin yüksək effekt verdiyi məlum olub. Uzun axtarışlardan, tədqiqatlardan sonra təbiblər bu qənaətə gəliblər ki, duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən o spleoterapiya - ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir.