Restoran Haqqında

Romantik şam yeməyi Çoxdan gözlədiyimiz an. Adətən filmlərdə göl kənarında bir restoran və şam yeməyi görəndə tez özümüzü orda təsəvvür edirdik. Film bitdikdən sonra necə deyərlər üzülürdük ki, bizim sevgilimizlə ele mənzərədə yemək imkanımız yoxdur. Artıq bu üzüntülər arxada qaldı. Hamınıza bir şad xəbərimiz var. Diqqət! Diqqət! Uzunoba İstirahət Mərkəzində istər restoran istərsə də gölün sahilində yaradılan kupelerdə istədyiniz balığı sifariş verməklə unudulmaz anlar yaşayacaqsınız. Uznoba gölünün üzərində əsrarəngiz təbiət qoynunda romantik şam yeməyi arzularınızdakı kimi yaddaşınızda qalacaq, xoş olan sahil küləyinin toxunduğu atmosfer sözün əsl mənasında fantastikadır. Sürprizlər sizə təqdim olunan menyudan başlanır, hansı ki, gözəlliyi və icra olunma stilinə görə digər restoranlar bizimlə yarışa girə bilər. Hamsi tava, Levrək kabab, Kütüm, Kefal, Sudak, Karadeş güvəc, Farel tava, Sazan kabab və sair həm xaric həm də yerli balıqlar olmaqla sizlərə təklif olunur. Bir həftə öncədən sifarişləriniz də qəbul olunur.

 

Facebook

Twitter

Instagram

Follow Me on Instagram