Restoran Haqqında

Allah hər kəsin evində toy qismət eləsin! Elə belə demədik sözümüzün canı var. Müştərilərin komfort və rahatlığı baxımından gözəl dizayna malik olan Təbriz Restoranı sizin gözəl yaddaqalan gününüzü daha da mənalı edəcək. İstər personal xidməti, istər mətbəx istərsə də gigiyenik hazırlanma baxımından Naxçıvan Muxtar Respublikasında liderdir. Restoran şık görkəmli daxili interyer modern avanqard stilində qurulmuşdur. Yüksək səviyyədə işıqlandırılmış divarları və dekorasiyası ilə harmoniya təşkil edir. Xoşbəxtlikdə analoqu olmayan ünvan seçmək istəyirsinizsə Təbriz restoranına üz tutun. Dadlı, ləziz və zəngin süfrəsi ilə toylarınızı daha da təmtəraqlı edən restoranının müasir avadanlıqlarla təchiz edilmiş mətbəxinin peşəkar aşpazlarıdır. Lakin biz sadaladığımız nailiyyətlərlə kifayətlənmək niyyətində deyilik. Daimi sürətdə marketinq bazarımızı genişləndirərək biz müştərilərin ildən-ilə dəyişən zövqünü təmin etməyə çalışırıq. Modern avanqard incə sintezinə malik bir üslubda dizayn edilmiş, professional səs və işıq avadanlıqları ilə təchiz edilmiş restoranında qonaqları gülərüz, və professional personal qarşılayır. Restoranda interyer dekorunda hər bir xırdalıqdan başlayaraq menyudakı yeməklərin tərkibinə qədər fikir verilir. Menyunun əsasını öz rəngarəngliyi və gözəlliyi ilə ənənəvi milli və Avropa mətbəxi təşkil edir. 400 nəfərlik restoranda sizə vəziyyətə uyğun yer seçmək imkanı verəcək. Qeyd edək ki, yüksək səviyyədə sərfəli qiymətlər 20 manatdan 40 manata qədər nəzərdə tutulub. Toy zalı həmçinin icarəyə də verilir. Əlavə olaraq toyunuzda rəqs qrupu, şar, zər, tüstü, kloun da sifariş verə bilərsiniz. Başqa bir üstünlüyün də nəzərinizə çatdıraq ki, gəlin mşının seçimini özünüz edib restorana zakaz verə bilərsiniz. Hələ bunlar hamısı deyil. Restoranımız hədiyyə də təqdim edir toy edən bəy gəlinimizin istəyinə uyğun olaraq gəlin maşını, tort, və yaxud üzük təklif olunur. Qalanı qalır sizin istəyinizə. Toylarınızda isə tamada məşhur aktyorumuz, eyni zamanda tanınmış sima Azərbaycan Respublikasının xalq artisti Rza Xudiyevdir. Toyda sələnən musiqilər isə NMR Mədəniyyət və Turizm Nazirliyinin peşəkar instrumental ansamblına həvalə olunub.

 

Facebook

Twitter

Instagram

Follow Me on Instagram