Çay Evi Haqqında

Naxçıvan Azərbaycanın və Şərqin ən qədim şəhərlərindən biridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: ”Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”. Tədqiqatlar göstərir ki, hələ eramızdan əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımız yaşamış və yaratmışlar. Onların özlərindən sonra qoyub getdikləri tarix və mədəniyyət abidələri bu qədim yurdun Azərbaycançılıq möhürüdür. XVIII əsrə aid olan Naxçıvan Şərq hamamı da orta əsrlər tarximizi özündə saxlayan və yaşadaraq bu günkü nəslə yadigar qoyan mirasdır. Naxçıvan şəhərində yerləşən, Naxçıvan Şərq hamamı Azadlıq prospektində, "Təbriz" mehmanxanasının qarşısında yerləşir. Vaxtilə Naxçıvan şəhərinin içərisindən axan Bazar çayının yaxınlığında inşa edilmişdir. Şərq hamamları üslubunda tikilən bina giriş, xidmət zalı, çarhovuzlu çimərlik, xəzinə (su çəni) və ocaqxanadan ibarətdir. Hamam kəhriz suları vasitəsilə işləmiş və uzun müddət ondan təsərrüfat işləri məqsədilə istifadə olunmuşdur. Hazırda əsaslı təmir və bərpa işlərindən sonra burada çay evi fəaliyyət göstərir. Tarixi-memarlıq abidəsi kimi dövlət tərəfındən qorunan bu məkana sevindirici haldır ki, gənclərimiz üz tutur. Dəyərli vaxtlarını burada səmərəli keçirir. Və orta əsrlərdən bizə miras qalan XVIII əsrə aid xalqımızın məişətində istifadə olunan musiqi və məişət əşyaları ilə də tanış olmaq imkanı qazanırlar. Bu füsünkar tarixi memarlıq baxımından zəngin abidədə çay içmək sözün həqiqi mənasında müştəriləri o dövrlərə səyahətə aparır. Özünüzü XVIII əsrə qonaq aparmaq istəyirsinizsə Bu ünvana üz tutun. Məkan 250 nəfəlik böyük zal və VIP kabinetlərdən ibarətdir. Umumi zalda quraşdırılan boyuk ekran monitorda istəyinizlə hər musiqiyə qulaq asa bilərsiniz. Çay dəsgahı , kofe, sifarişə görə kakteyl, Qəlyan, soyuq içəkəklər və sair sizlərin ixtiyarına verilir. Bu məqamda yazıçı darmaturq Cəlil Məmmədquluzadənin Çay Dəsgahı əsərindən bir xatırlatma etmək yerinə düşər.

Çaynikin qәdrini bilәr çay içәn,
Çay büsatında ruzigarı keçәn.
Olmasam mәn, nә tövr çay dәm alar.
Çay büsatı mәgәr ki, mәnsiz olar?

Cəlil Məmmədquluzadə


 

Facebook

Twitter

Instagram

Follow Me on Instagram