Sağlamlığınızı bizə etibar edin!


Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır.Ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da səhiyyə sistemi özünün ən uğurlu inkişaf dövrünü yaşayır. Bu inkişafın tərəqqinin bəhrəsidir ki, bu gün muxtar respublikadakı səhiyyə ocaqları ən son tələblərə cavab verən avadanlıqla təchiz edilir. Tibbi avadanlıqlar bazarında ixtisaslaşaraq müştərilərimizə ən yüksək faydanı təmin edəcək keyfiyyətli məhsul və xidmətləri ilə geniş imkanlara sahib “Nəxşicahan Med” tibb sektorunda, istehlakçıların bütün ehtiyaclarını tək nöqtədən qarşılayabiləcəkləri bir mərkəz olmaq hədəfi ilə, 2014-cü il aprel ayının 23-ündə fəaliyyətə başlamışdır. Nəzərinizə çatdıraq ki, “Nəxşicahan Med” qısa zaman kəsiyində regionda tibbi avadanlıqlar və əczaçılıq məhsullarının əsas distributorlarından birinə çevrilib. Yerli xəstəxanalar və digər səhiyyə qurumlarını ən müasir tibbi avadanlıqlar və əczaçılıq məhsulları ilə təmin edir, yerli istehlakçılara yüksək səviyyəli məhsullar və xidmətlər təklif edir. Məlumat üçün deyək ki, adıçəkilən qurum hazırda dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edərək əlaqələrini genişləndirir. Keyfiyyətli və sağlam bir yaşam üçün məhsul və xidmət təminatı ilə məşğul olan mərkəzin əsas məqsədi xətasız məhsul, keyfiyyətli xidmət və yüksək müştəri məmnuniyyətinə nail olmaqdır. Bizim siyasətimiz müştərilərlə qarşılıqlı xeyirli və uzun müddətli əlaqələrin qurulmasına xidmət edir. Qeyd edək ki, müştərilərimizi tibbi avadanlıqlar sahəsində ən keyfiyyətli və dünya standartlarına cavab verən məhsullarla və yüksək səviyyəli xidmətlərlə təchiz edirik. Missiyamız insanların həyatını yaxşılaşdırmaqdır. Biz səhiyyə qurumlarının daha yaxşı və təhlükəsiz xidmət göstərmələrinə köməklik edirik. Ümumi xidmət keyfiyyətini və təhlükəsizliyi artırmaq üçün xəstəxanalar, klinikalar və əczaxanalarla bağlı bütün sahələrdə bizə etibar edin. Sağlamlığınızı bizimlə qoruyun!

 

Facebook

Twitter

Instagram

Follow Me on Instagram