Restoran Haqqında

Kiçik məkanda böyük məmləkətin dadını hiss edin … Müştərilərin komfort və rahatlığı baxımından gözəl dizayna malik olan Nəqşicahan Motel & Restoranı istər personal xidməti, istər mətbəx istərsə də gigiyenik hazırlanma baxımından liderdir. Nəqşicahan Motel & Restoranı sizi Azərbaycan qonaqpərvərliyi və bənzərsiz komfort ilə qarşılamağa hazırdır. Restoran Babək rayon Şəkərabad kəndi ünvanında yerləşir. Adıçəkilən məkan fəaliyyətinin ilk dövründən müştəriləri razı salmaq prinsipini əsas tutaraq, qısa bir müddət ərzində həm xarici qonaqları həmdə yerli əhalinin sevimli istirahət mərkəzinə çevrilmişdir və hal hazırda da bütün müştərilərinə Avropa standartlarına tam cavab verən yüksək xidmət növləri təqdim etməkdədir. Bu zərif klub-restoran, dizayn və xidmət baxımından son yeniliklərlə təchiz edilmişdir. Şık görkəmli daxili interyer modern avanqard stilində qurulmuşdur. Yüksək səviyyədə işıqlandırılmış divarları və dekorasiyası ilə harmoniya təşkil edir. İşgüzar görüşlər, mərasim və korporativ tədbirlər keçirmək və ya dostlarla istirahət etmək üçün restoranımızda hər bir şərait yaradılmışdır. İstər ailə şənliklərini, istərsə də konsert proqramlarını dadlı, ləziz və zəngin süfrəsi ilə daha da təmtəraqlı edən restoranının müasir avadanlıqlarla təchiz edilmiş mətbəxinin peşəkar aşpazlarıdır. Lakin biz sadaladığımız nailiyyətlərlə kifayətlənmək niyyətində deyilik. Daimi sürətdə marketinq bazarımızı genişləndirərək biz müştərilərin ildən-ilə dəyişən zövqünü təmin etməyə çalışırıq. Modern avanqard incə sintezinə malik bir üslubda dizayn edilmiş, professional səs və işıq avadanlıqları ilə təchiz edilmiş restoranında qonaqları gülərüz, və professional personal qarşılayır. Burada həmçinin çay, qəlyanaltı, şirələr, içkilər, desrtlər, şirniyyatlar və kokteyl əldə edə bilərsiniz. Restoranda interyer dekorunda hər bir xırdalıqdan başlayaraq menyudakı yeməklərin tərkibinə qədər fikir verilir. Menyunun əsasını öz rəngarəngliyi və gözəlliyi ilə ənənəvi milli və Avropa mətbəxi təşkil edir. Rahat ayrılmış hissələr ( 200 nəfərlik əsas zal, 80 nəfərlik banket zalı, 17 kabinet, VİP zona) sizə restoranımızda vəziyyətə uyğun yer seçmək imkanı verəcək: İş ortaqları ilə biznes lanç, dostlarla görüş, hər hansı bir əlamətdar hadisəni qeyd etmək və ya daha sıx kompaniyada axşam yeməyi yemək. Burada həmçinin yaxınlarınız ilə birlikdə iri ölçülü plazma televizorlardan musiqi və kliplərə seyr etmək şəraiti yaradılıb. Qeyd edək ki, yüksək səviyyədə sərfəli qiymətlə 25 manat səhər yeməyi daxil olmaqla motel də ixtiyarınıza verilir. Milli mətbəximizin ləziz yeməklərini dadmaq, istirahət etmək istəyirsinizsə buyurun qapılarımız hər zaman sizlərə açıqdır. Əziz müştərilər kiçik məkanda böyük məmləkətin dadını hiss edin!…

 

Facebook

Twitter

Instagram

Follow Me on Instagram