Restoran Haqqında

Milli Yeməklərdə sizi sərfəli qiymətlər və ləziz menyu gözləyir Azərbaycan xalqının tarixi, mədəniyyəti, incəsənəti kimi onun milli mətbəxi də olduqca qədim və zəngindir.
Ölkəmizin ayrı-ayrı bölgələrinin hər birinin özünəməxsus mətbəxi vardır. Azərbaycan milli kulinariyasının bir qolunu da Naxçıvan mətbəxi təşkil edir. Naxçıvan mətbəxinə daxil olan xörəklər öz dadı, tamı və hazırlanma qaydasına görə digərlərindən xeyli fərqlənir.
Milli yeməklərimizi dadmaq üçün "Milli Yeməklər" restoranını ziyarət etmək kifayətdir. Naxçıvan şəhər I mikrarayonda yerləşən " Milli yeməklər" restoranında Azərbaycanın rəngarəng milli mətbəxinin ləziz təamları təqdim edilir. Bu ünvanda Azərbaycan mətbəxinin tanınmış xörəklərini dada bilərsiniz.
Burada kababın bütün növləri, müxtəlif növ dolma, sulu, xəmir və ət xörəkləri və sair təamlar rəngarəngliyi ilə seçilir. Nahar və şam yeməyi menyusu çox müxtəlif, zəngin çeşidlərdən ibarət isti xörəklər olduğu üçün seçimi öz dad zövqünüzə uyğun etmək imkanı verir.
Qeyd etmək istərdik ki, müştərilərimiz bu ünvanda təqdim edilən təamların həm ekoloji cəhətdən təmiz, həm də daha nəfis və ləzzətli olduğunun bir daha şahidi olacaqlar. Milli Yeməklərdə sizi sərfəli qiymətlər və ləziz menyu gözləyir.


 

Facebook

Twitter

Instagram

Follow Me on Instagram