Bazar Haqqında






İnkişaf edən regionmuzda günbəgün yeni obyektlər, yeni dükanlar açılır. Bu inkişafın nəticəsidir ki, bu gün bir bazara üz tutmuruq. Digər bazarlar da var ki, ordan istədiyimiz alış-verişi edə bilərik. Söhbət Köhnə Bazardan gedir. Doğma Naxçıvanmızın ilk bazarlarından olan bu bazar bu gündə tam gücü ilə faəliyyətini davam etdirir. Məlumat üçün deyək ki, bazarda şənbə, bazar günləri yarmarka təşkil olunur. Burada 70-dən çox dükan sakinlərə sərgilənib. Qeyd edək ki, paltar, ərzaq mağazaları ilə yanaşı, meyvə-tərəvəz, ət bazarı da var. Həmçinin bu yaxınlarda yerli istehsal məhsullarının satışı üçün də bazarın daxilində yeni yer fəaliyyətə başlayıb. İstədiyiniz yerli məhsullarımızı bazardan əldə edə bilərsiniz. Bu günlərdə bazarda satıcıların şəraitini yaxşılaşdırmaq məqsədilə üst tavan hissəsinə yeni çətirlər qoyulub. Həmçinin bazarın tərkibində olan Mərkəzi Ticarətdə müxtəlif növ mebellər təqdim olunur. 30-a yaxın mebel çeşidləri var ki, onlarda Türkiyənin tanınmış firmalarından alınır. Əziz sakinlər tələsin köhnə bazarda əldə edeceklərinizə heç yerdə rast gələ bilməzsiniz. İstər qiymət baxımından istərsə də keyfiyyət. Həmçinin buradakı sanitriya və gigiyenik qaydalara da tam riayət olunur. Bunu bazarın müdiri Hüseyn Novruzovla. bazarı gəzərkən müşahidə etdik. Ələxsus da ət bazarını xüsusi vurğulamaq istəyirəm. Tanışlıq zamanı heç bir anti sanitariya pozğunluğu ilə qarşılaşmadıq.

Facebook

Twitter

Instagram

Follow Me on Instagram