Karting Haqqında

Duzdağ Kartinq mərkəzində kartın sükanı arxasında unudulmaz anlar yaşayacaqsınız! Kartinq ilk dəfə olaraq 1950-ci ildə Amerika Birləşmiş Ştatlarında meydana gəlib. Bir ailə biçmə maşının motorunu söküb öz icadı ilə belə bir tekxnika icad eləmişdir. İlk kartinq yarışları isə İlngiltərədə təşkil edilmişdir. Daha sonra bütün dünyada yolxucu xəstəlik kimi yayılan kartinq Demir Bükeyin əvəzsiz xidmətləri ilə Türkiyəyə gətirilmişdir. İdman Federasyası rəhbəri Oyman Atabayın təklifi ilə kartinq 1993-cu ildə İdman Federasyasına daxil edildi ve yarışlar Federasya daxilində təşkil edilməyə başlanıldı. 1960 cı ildən sonra başda İngiltərə, Avstralya və Yaponya olmaqla dövlətlərarası yarışmalarda işlədilməyə başlandı. Ümumdünya Kartinq Təşkilatçıları İsveçrədə qurulan CIK (Dünya Kartinq Mərkəzi) tərəfindan hazırlanmaqdadır.Xoş bir hobbi olmaqla yanaşı kartinq, motor idmanlarına başlamaq üçün də sağlam bir təməl hazırlıyır. Bir çox ralli və ya Formula pilotu bu spora kartinqlə məşğul olmaqla başlamışdır. Bunlara örnək olarak 1994-1995 Formula1 Dünya Çempionu Michael Schumacher və qardaşı Ralf Scumacherin adlarını çəkməyimiz kifayətdir. Ümumdünya üzrə tanınmış və məşhur olan bu əyləncəni avropaya getmədən elə Muxtar respublikamızda da fəaliyyət gösətərən Duzdağ Kartinq Mərkəzinə getməklə dəyərləndirə bilərsiniz. Artıq günü gündən müştəri baxımından əhatəli olan bu mərkəzə getməklə arzularınızı gerçəkləşdirə bilərsiniz. Artıq qiymətlərdə də endirim edilib. Cəmi 3 AZN olan kartinqin qiyməti dünyanın heç bir yerində müştərilərə bu cür qiymət təklif etmir. Sizə yaradılan bu şəraitdən faydalanın ki gününüz fərqli və əyləncəli olsun.

 

Facebook

Twitter

Instagram

Follow Me on Instagram