Culfa Rayon “ Karbon Qazı Zavodu” MMC


Müəssisə 2007-ci ildə yaradılmış, Naxçıvan Muxtar Respublikasında sahibkarlıq üçün yaradılan münbit şəraitdən istifadə edərək, 2008-ci ildən əsaslı şəkildə yenidənqurulmadan sonra “ Karbon Qaz Zavodu” ASC kimi fəaliyyətə başlamış, 2014-cü ildən isə “ Karbon Qazı Zavodu” MMC-yə çevrilmişdir. Müəssisədə 27 nəfər işçi var. İşçilər müəssisə tərəfindən pulsuz geyim forması, yemək və nəqliyyatla təmin olunmuşdur. Müəssisədə olan bütün köhnə avadanlıq və qurğular ekoloji və texniki təhlükəsizlik qaydalarının tələblərinə cavab verən Rusiya və Ukrayna mənşəli yeni alınmış, müasir texnoloji avadanlıqlarla əvəzlənmişdir ki, bu da keyfiyyətli məhsul istehsalı həcminin artırılmasına şərait yaratmışdır. Belə ki, müəssisənin illik maye karbon qazı istehsalı gücü 6300 ton, quru buz itehsalı gücü 50 tondur. Müəssisənin yerləşdiyi sahə ümumilikdə 2148 m2 təşkil edir ki, buraya istehsal sahəsi, inzibati bina və sair daxildir. Müəssisədə istehsal olunan məhsulun əsas üstün xüsusiyyətlərindən biri də onun təbii olmasıdır. Belə ki, müəssisədə istehsal olunan karbon qazı yerdən 900 m dərinlikdən iki quyudan çıxır ki, bu da nəinki Azərbaycanda eləcə də regionda analoqu olmayan təbii karbon qazı yatağıdır. Quyuların sutkalıq deberti ümumilikdə 3 ton karbon qazına bərabərdir. Müəssisədə akkreditasiya olunmuş müasir texniki imkanlara malik laborotoriya fəaliyyət göstərir ki, bu da istehsal olunan məhsulun tərkibini və keyfiyyət göstəricilərini daim nəzarətdə saxlamağa imkan verir. Məhsulun alıcılara vaxtında çatdırılması üçün müəssisəyə məxsus 2 ədəd Avropa standartlarına uyğun hər birinin tutumu 20 m3 karbon qazı daşınması üçün SCANİA markalı çəkici başlıqlı İSİSAN markalı avtosternilər, 1 ədəd quru buzun daşınması üçün “Mitsubishi Canter”markalı refrejeratorlar vardır ki, bu da məhsulun sifarişçilərə vaxtında çatdırılmasını təmin edir. Bizimlə əməkdaşlıq “Sirab” ASC, “Badamlı” Mineral Sular MMC, “Pristij”, MMC, “Baltika –Bakı” MMC, “Jalə” Qəbələ konserv Zavodu, “Golden Watter” MMC, “ TAC” MMC və sair misal göstərmək olar. Müəssisə 2009-cu ilin yekunları üzrə keyfiyyətli məhsul istehsalına görə ilin “İlin məhsulu” nominasiyasında “Biznesdə uğur-2009” mükafatına layiq götürülmüşdür.

Müştərilərimiz

  • logo2
  • badamlisu
  • pres
  • Baltika_Baku_270413
  • Jale
  • golden
  • taj
 

Facebook

Twitter

Instagram

Follow Me on Instagram