Kafe Haqqında

Naxçıvan şəhərinin mərkəzində yerləşən Gənclik kafesi Naxçıvanımızın ilk açılmış kafelərindəndir. Hələ o vaxt heç bir yerdə yeməkxana fəaliyyət göstərmədiyi halda Gənclik kafesi naxçıvan sakinlərinin ixtiyarına verilmişdi. Digər kafelərdən fərqi orasındadır ki, 2003-cü ildən muxtar respublika sakinlərinin ixtiyarına verilən kafedə istəyinizə uyğun menyu və menyudan kənar sifariş verə bilərsiniz. Menyuda səhər yeməkləri, xəmir və sulu yeməklər, çay süfrəsi, salat, dönər, kabab çeşidləri öz ləziz tamı və dadı ilə sizin seçənəklərdə yer alıb. Nahar və şam yeməyi menyusu çox müxtəlif, zəngin çeşidlərdən ibarət isti xörəklər olduğu üçün seçimi öz dad zövqünüzə uyğun etmək imkanı verir. Kafedə Azərbaycanın rəngarəng mətbəxinin ləziz təamları təqdim edilir. Burada soyuq içəcəklər rəngarəngliyi ilə seçilir. Adıçəkilən məkan sizi Azərbaycan qonaqpərvərliyi və bənzərsiz komfort ilə qarşılamağa hazırdır və fəaliyyətinin ilk dövründən müştəriləri razı salmaq prinsipini əsas tutaraq, qısa bir müddət ərzində həm xarici qonaqları həmdə yerli əhalinin sevimli istirahət mərkəzinə çevrilmişdir və hal hazırda da bütün müştərilərinə Avropa standartlarına tam cavab verən yüksək xidmət növləri təqdim etməkdədir. Evlərə və ofislərə sifariş qəbul olunur. Nəzərinizə çatdıraq ki, 250 nəfərlik restoran da ixtiyarınıza verilir. Ad günləri ziyafət günlərini bu məkanda qeyd edə bilərsiniz.

 

Facebook

Twitter

Instagram

Follow Me on Instagram