Şirniyyat Dünyası Haqqında

Məhsulların istehsalı və müştərilərə çatdırılması sahəsində hər zaman keyfiyyəti önə çəkən Türkiyə Cümhiriyyətinin İstanbul şəhərində fəaliyyət göstərən Divan şirkəti ilə müqavilə əsasında Naxçıvan Muxtar Respublikasında Park AVM -in 1-ci mərtəbəsində yeni açılan Divan Şirniyyat Dünyası, Kafesi və Şirniyyat evi Naxçıvan sakinlərinə öz qapılarını açıb. Yerli və xarici turistlərə yüksək səviyyədə xidmət göstərməyi qarşıya məqsəd qoyub. Məşhurlaşan Divan şirkətinin məhsulları artıq bu ünvanda müştərilərinə türk şirniyyatı, müxtəlif çeşiddə un məmulatları, qəhvə və sair içəklərlə bağlı xidmət göstərir. Məlumat üçün bildirək ki, hazırda Türkiyə bazarında özünəməxsus yer tutan bu məhsullar yüksək keyfiyyətə malik servisi, fərqli dadları özündə birləşdirən menyusu ilə insanların zövqünü oxşayır. Qeyd edək ki, hazırlanan məhsular Türkiyədən gətirilir. Əziz sakinlər vaxtınızı dəyərli, səmərəli və yaddaqalan keçirmək istəyirsinizsə bu ünvana üz tutun. Hər kəsə xoş istirahətlər arzulayırıq.


 

Facebook

Twitter

Instagram

Follow Me on Instagram