Kafe Haqqında

Xalqımızın məişətində çay süfrəsi mərasimlərin təşkili özünəməxsus yer tutur. Çay dəstgahı həm də milli adət-ənənəmizə çevirilib. Azərbaycanlıların qonaq qarşılayanda süfrəyə hər şeydən öncə təzə dəmlənmiş çay verməsi təsadüfi deyil. Çay dəmləyərkən isə diqqət yetiriləsi əsas vacib məqamlardan biri istifadə edilən qablar və suyun qaynadılma texnologiyasıdı. Adətən çay keramik və ya çini qablarda dəmlənir. Dədə babadan deyərdilər ki, od samovarının yerini heç nə verə bilməz. Bir sözlə samovar çayının əvəzi yoxdur. Od samovarının çayı qeyri-adi dadı ilə seçilir. Bir sözlə, yaxşı çay samovarı ilə, yaxşı samovar isə çayı ilə tanınar.. Elə yaxşı samovar çayı axtarışına çıxdıq. Yolumuzu Naxçıvan şəhər bazar kafedən saldıq. Çöldə qaynayan somavarın tüstüsü bütün küçəni bürümüşdü. Necə deyərlər Sübh tezdən olmağına baxmayaraq bütün masalar dolu idi. Diqqətimizi çəkən ən vacib məqam isə burada əyləşən gənclərdən çox qocalar idi. Qocaların maraqlı çöhrələri var idi. Anasından ayrılan körpələrə bənzəyirdilər. Bizə qayğıynan yanaşan bu ahıllar bizi öz nəvələri kimi əzizləyir, şirin sözlər deyirdilər. Görünür, o qədər xoş fikirdədilər ki, bu məkan haqqında bizi çoxdan gözləyirmişlər. Bazar kafenin daimi qonaqlarından olan Əbil dayı bizi görər-görməz masaya dəvət etdi: Onun dediklərindən: “Hər yaşın öz gözəlliyi var, əlbəttə ki, həyatı düzgün qura bilsən. Gənclik nə qədər cazibəli, nə qədər şirindirsə, qocalıq ondan da təravətli, nurludur. Amma yetər ki, hər kəs öz yaşının, həyat mərhələsinin şərtlərini anlasın, yaşasın. Biz də bu ahıl çağımızda kafedə çay içib köhnə xatirələrimizi yada salır günümüzün hər anını mənalı keçiririk”. Hər kəsin sevimli məkanı olan bu ünvanı sevən çoxdur. Qururverici bir hisdir ki, burda hər stol danışılan şirin xatirələr unudulmaz anların şahididir. Bura gələnlərin çoxluğunun əsas səbəbi yaxşı çay içmək istəyi ilə yanaşı həmdə təklif olunan qiymətin ucuzluğudur. İstənilən növ çay içə bilərsiniz burda. Həm də çox ucuz qiymətə. Cəmi 1 AZN. Nuş olsun!

 

Facebook

Twitter

Instagram

Follow Me on Instagram