Kafe Haqqında

Yağan yağışlar göldə dalğalanan ləpələr insanı mənən rahatladırdı. Sakit pıçıldayan quşlar da sanki bizim kimi burda dincəlirdi. Arada ağaclardan axan yağış damcılarıda cənnət həzinin bir parçası idi. Və bu vaxt kafe işçisi bizə çay gətirir. Belə gözəl havada Bazar gölü kafedə çay içməyin başqa aləmi var.Payız qoxusunu duya duya açıq havada gözəliklərin sehrinə dalmaq var birdə. Burada yaradılan akustik görünüş , sərin hava bütün dərdləri unutduracaq və gününüzü mənalı edəcək. İndisə məlumatları nəzərinizə çatdıraq ki, kafe 2010-cu ilin aprel ayının 15-dən Naxçıvan sakinlərinin ixtiyarına verilib. Burada 240 nəfərlik açıq hava mənzərisi, həmçinin 40 nəfərlik örtlülü zal, eyni zamanda İstanbul, Bakı, Dubay olmaqla ailəvi kupelər sizlər üçün yaradılıb. Sizlərə gözəl mənzərədən zövq almağı, əla xidmət, inanılmaz komfortu təklif edirik. Çay, kofe, soyuq içəcəklər qəlyan sifariş verə bilərsiniz.

 

Facebook

Twitter

Instagram

Follow Me on Instagram