Restoran Haqqında

Batabat - Azərbaycanın təbiət gözəli.. Naxçıvanın incisidir Füsünkar təbiət qoynunda yerləşən Batabat ölkəmizin Şuşa, Laçın, Xankəndi, Şamaxı, Gədəbəy, İsmayıllı, Qəbələ və digər yerləri kimi gözəl guşələrindəndir. Gözəl mənzərəsi olan Batabatda hər tərəf yaşıllıqdır. Hünür dağların qoynunda elə bir təbiət vardır ki, şıltaqlığı ilə yalnız Batabata məxsusdur. Üç gözəl göl vardır. Hər biri öz gözəlliyilə göz oxşayır. Göllərdən birində təbiətin möcüzəsi olan üzən ada da vardır. Ada səhərdən axşamadək yerini gölün müxtəlif yerlərinə dəyişir. Batabatda Azərbaycan ən məhşur bulaqları vardır. Bu bulaqlardan Naxçıvan çayı öz mənbəyini götürüb Araza qədər axıb tökülür. Bu bulaqların suyu o qədər yüngül sulardır ki, buz kimi olmasına rəğmən, suyu içdikdə adam yüngülləşir. Hətta yemək yedikdən sonra ağırlaşan adam bu sulardan içdikcə sanki yediklərini o saat həzm edir. Ən yüngül, dadlı, məlhəm bulaqlardan Zor bulaq, Söyüdlü bulaq, Südlü bulaq adamı öz suyuyla məst edir. Dağlar qoynunda yerləşən Batabat istirahət kompleksi isə bu gözəlliyə əsrarəngiz gözəllik qataraq bura gəlib istirahət edənlər üçün yeni imkanlar açıb. 2010-cu ildən fəaliyyətə başlayan Batabat istirahət kompleksində arzuladığınız kimi həm meşəlikdə, həmdə restoranda gününüzü qeyri adi edə bilərsiniz. Nəzərinizə çatdıraq ki, restoranda 7 ailəvi kupe sizlər üçün ayrılıb. Həyətyanı sahədə isə 14 besetka olmaqla təbiət qoynunda dincələ bilərsiniz. İstər restoran istərsə də həyətyanı sahədə istirahət edərkən gözəl mənzərə ilə yanaşı ürəyiniz istədiyiniz menyunu sifariş verə bilərsiniz. İstirahət kompleksi ilə bizi tanış edən adıçəkilən ünvanın müdiri Tural Gəncəli burada fəliyyət göstərən katejlərlə(fərdi otaqlar) də tanış etdi. Standartlara uyğun 3 katej otaqları hər cür şəraitlə təmin olunub.1 günlük qiymti 50 AZN-i təşkil edən istirahət otaqlarını kiralamaq istəyənlər 3 gün qabaqdan əlaqə nömrələrinə yığmaqla sifariş verə bilərlər. Yayın istisində sərinləmək istəyənlər möcüzəvi Batabat istirahət kompleksinə üz tuta bilərlər. Batabat haqqında o qədər yazmaq olar ki, qurtarmaq bilməz. Bir sözlə özünüz gedib görsəniz daha yaxşı olar.

 

Facebook

Twitter

Instagram

Follow Me on Instagram