Mərkəz Haqqında

Sənin əyləncə dünyan!
Hər kəsin balaca bir dünyası var. Kimisi bu dünyanı qaranlıq edər pərdə çəkər. Kimisi də bütün pəncərələri açıb dünyasını işıqlı gözəl edər. Təbii ki, qaranlıq dünyadan fərqli olaraq işıqlı dünyanın atmosferidə yaddaqlan ömrə yazılan olar. Səndə dünyanda işıqları yandırmaq istiyirsənsə heç olmasa ömründə bir dəfə Əyləncə Mərkəzinə üz tutmalısan. Bu məkanda yaradılan xoş aura, yüksək akustika, musiqi, qəlyan sözün əsl mənasında ruhunu xoşbəxt edəcək. Səni istədiyin əyləncəli dünyaya aparacaq. Biz də həftə içi iş yorğunluğunu atmaq üçün bu günlərdə mərkəzin qonağı olduq. Axşam saat yeddidən sonra mərkəzdə qələbəlik getdikcə artırdı. Doyunca əylənən gənclər... Sanki başqa aləmdə idi. Azad dünyada. Hər kəsin üzlərində xoş təbəssüm. Bu təbəssüm muxtar respublikada gənclərin asudə vaxtlarının xoş və rahat yaradılmasından, sakitlik, əmin-amanlıq və xoş günlərdən xəbər verirdi...Buradakı digər özəllikdən xəbər verək ki, mərkəzdə istifadə olunan tütün Dubaydan gətirilir.Və bu tütünün heç bir yerdə bənzəri yoxdur. İstifadəçilərə sərfəli qiymət təklif edən mərkəzdə qəlyandan istifadə edən hər kəsə çay dəstgahı pulsuzdur. Məlumat üçün deyək ki, qəlyandan istifadə 12 AZNdir. Unutmayın! Əyləncə mərkəzində hər şey sizin asudə vaxtınızın səmərəli təşkil olunmağı üçündür.

 

Facebook

Twitter

Instagram

Follow Me on Instagram